Bu biletin sahibi 7 milyon dolların Sahibi Oldu
Kateqoriya məlum deyil
Moskva vilayətinin sakini lotereyada 576 milyon rubl (təxminən 7 milyon ABŞ dolları) udub.
Sfera.az-ın Rusiya bürosunun məlumatına görə, sakin “Sportloto”nun “20-dən 4” lotereyasında böyük məbləğdə pul mükafatı qazanıb.
Bildirilib ki, qalib lotereya biletini cəmi 400 rubla alıb.
Bu uduşun Rusiyada cari ilin ən böyük lotereya mükafatı olduğu qeyd edilir.






