Logo

Bu ərazi İngiltərədən Ayrılır

Bu ərazi İngiltərədən Ayrılır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərənin şərqində, Suffolk qraflığında yerləşən Barnham kəndinin sakinləri yaxınlıqda miqrantların saxlanılması mərkəzinin yaradılması planlarına etiraz olaraq Böyük Britaniyanın tərkibindən çıxmaq lehinə səs veriblər.

Sfera.az xəbər verir ki, iştirakçılardan təxminən 257 nəfər müstəqilliyi dəstəkləyib, 16 nəfər isə bunun əleyhinə səs verib.

Qeyd olunur ki, səsvermə simvolik xarakter daşıyıb və heç bir hüquqi qüvvəyə malik deyil. Səsvermə yerli kilsə şurası tərəfindən təşkil edilib.

Bu addım Kral Hərbi Hava Qüvvələrinin keçmiş Barnham aviabazasının miqrantların yerləşdirilməsi üçün yenidən təchiz edilməsi planları

fonunda atılıb.

Söhbət La-Manş boğazı vasitəsilə şişmə qayıqlarla qanunsuz yollarla ölkəyə daxil olan miqrantlardan gedir.

Bu ərazi İngiltərədən Ayrılır
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR