Tramp: Putin Ukrayna məsələsində geri çəkilir
Kateqoriya məlum deyil
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukrayna məsələsində mövqeyini müəyyən qədər yumşaltdığını iddia edib.
Sfera.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Putin daha sərt mövqe tuta bilərdi. Açığı, o, geri çəkilir”, – deyə ABŞ lideri bildirib.
Tramp Ukraynada “Starlink” sisteminin fəaliyyətinin məhdudlaşdırılması barədə məlumatı olmadığını da qeyd edib.
Jurnalistlərin İranın pilotsuz uçuş aparatlarının şəxsən onu hədəfə ala biləcəyi ehtimalından narahat olub-olmadığı barədə sualına isə ABŞ Prezidenti maraqlı cavab verib.
“Mən sizin sağlamlığınızdan narahatam. Çünki onlar mənə hücum etsələr, sizin də sonunuz gələcək. Ehtiyatlı olun”, – deyə Tramp jurnalistə müraciət edib.
Fatimə
Sfera.az






