Logo

İran nüvə proqramı ilə bağlı geri addım ATMIR

İran nüvə proqramı ilə bağlı geri addım ATMIR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai Almaniyanın uranın zənginləşdirilməsinin dayandırılması ilə bağlı tələbini rədd edərək, İslam Respublikasının Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin iştirakçısı kimi buna hüququ olduğunu bildirib.

Bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

“İranın uranı zənginləşdirmək hüququ bizə Almaniya, Fransa və ya digər ölkələr tərəfindən verilməyib”, – deyə XİN nümayəndəsi bildirib.

O, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA) İsfahan şəhərində yeni uran zənginləşdirmə zavodunun tikintisinin mümkünlüyü ilə bağlı spekulyasiyalara görə tənqid edib.

Bağayi bildirib ki, ABŞ və İsraillə müharibə zamanı BAEA İranın nüvə obyektlərinə çıxış imkanını itirib. Bununla belə, o vurğulayıb ki, Tehran təminatlar üzrə öhdəliklərinin icrasını dayandırmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR