Logo

İsraildə seçki saxtakarlığı iddiası - Polis araşdırır

İsraildə seçki saxtakarlığı iddiası - Polis araşdırır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi seçki saxtakarlığı iddiası ilə üz-üzə qalıb. İddiaya görə, ötən ay keçirilən parlament seçkilərindən əvvəl ərəb icmasına mənsub bir partiyanın üzvləri saxta ittihamla həbs edilməyə çalışılıb.

Sfera.az xəbər verir ki, hadisə İsrailin "Kanal 12" telekanalının araşdırma proqramında gündəmə gətirilib.

Hazırda polis Baş nazirin ofisinin əməkdaşlarının seçkilərdə səs alveri ilə bağlı iddiaları qəsdən yayıb-yaymadığını yoxlayır.

Məlumata görə, oktyabrın 27-də keçirilən seçkilərdən əvvəl Netanyahunun aparat rəhbərinin köməkçisi İdo Norden polisə zəng edərək ərəb Raam Partiyasının üzvləri barədə məlumat verib. O, iddiasını Netanyahunun Baş nazirlik ofisinin keçmiş əməkdaşı olan kəşfiyyat mənbəyinin məlumatlarına əsaslandırıb. Bu məlumatlar əsasında Raam Partiyasının üç üzvü saxlanılıb. Lakin polis sonradan verilən məlumatların həqiqəti əks etdirmədiyini müəyyənləşdirib və saxlanılan şəxslər sərbəst buraxılıb. İsrail polisi indi həmin məlumatların seçkilərdə saxtakarlıq iddialarına süni şəkildə əsas yaratmaq məqsədilə ortaya atılması ehtimalını da araşdırır.

Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası isə irəli sürülən ittihamları rədd edib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR