ABŞ-Kanada gərginliyinə Avropa Birliyi də qoşuldu

ABŞ-Kanada gərginliyinə Avropa Birliyi də qoşuldu
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı ilə Kanada arasında mümkün üzvlük əməkdaşlığı təklifi ABŞ-Kanada münasibətlərindəki gərginliyə yeni istiqamət verib.

Sfera.az xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Kanadaya Avropa İttifaqına ortaq üzvlük təklif etməsi Vaşinqtonun sərt reaksiyasına səbəb olub.

ABŞ Prezidenti Donald Tramp təklifi “gülünc” adlandıraraq bildirib ki, bu addımı düşmənçilik xarakterli hesab edərsə, Avropa ölkələrinə qarşı çox ciddi gömrük tarifləri tətbiq edə və bir sıra sahələrdə Avropa ilə ticarəti dayandıra bilər.

Kanadanın Baş naziri Mark Karni isə Avropa Parlamentində çıxışı zamanı Trampın açıqlamalarına birbaşa polemikaya girməyib.

Karni Kanada ilə Avropa İttifaqı arasında əməkdaşlığın gücləndirilməsini müsbət proses kimi qiymətləndirib.

Kanada Baş naziri fon der Leyenin təklifini də müsbət qarşıladıqlarını bildirib. Karni qeyd edib ki, məqsəd ölkənin tam özünütəcrid və ya özünütəmin etməsi deyil, kollektiv dayanıqlılığın gücləndirilməsidir.

Kanada hökuməti Avropa ilə yaxınlaşmanı ölkənin suverenliyinin və azadlığının qorunmasına töhfə verə biləcək amillərdən biri kimi nəzərdən keçirir.

ABŞ və Kanada arasında son dövrlərdə ticarət məsələləri və Vaşinqtonun Kanadanın ABŞ-a mümkün birləşməsi ilə bağlı açıqlamaları fonunda gərginlik artıb. Avropa İttifaqının Kanadaya yönələn yeni təklifi isə bu münasibətlərə əlavə siyasi və iqtisadi ölçü gətirib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR