Rusiya bu ölkələrdə terror törətmək istəyib - İDDİA

Rusiya bu ölkələrdə terror törətmək istəyib - İDDİA
Kateqoriya məlum deyil
T

ABŞ federal rəsmiləri Rusiyanın kəşfiyyat xidmətlərinin ABŞ və Ukraynaya dəstək verən Avropa ölkələrində hədəfli sui-qəsdlər təşkil etməyi planlaşdırdığını açıqlayıb.

Sfera.az xəbər verir ki, Manhetten federal məhkəməsində təqdim olunan ittiham aktına əsasən, Rusiyanın kəşfiyyat şəbəkəsi ABŞ və digər ölkələrdə müəyyən şəxsləri izləmək və öldürmək üçün insanları maliyyələşdirib və ya buna cəhd göstərib.

Sənəddə bildirilir ki, şəbəkəyə cəlb olunan şəxslərə həmçinin Ukraynanı dəstəklədiyi hesab edilən Avropa ölkələrində mülki və hərbi infrastruktura qarşı terror aktları törətmək tapşırılıb.

Nyu-York Federal Təhqiqat Bürosunun (FBI) rəhbərlərindən biri Ceyms Barnakl bildirib ki, Rusiya kəşfiyyat xidmətləri və onların tərəfdaşları ABŞ ərazisində və dünyanın müxtəlif yerlərində insanları təhdid etmək və ya öldürmək məqsədilə sui-qəsd planları qurub.

ABŞ rəsmilərinin sözlərinə görə, şəbəkə əvvəllər əsasən rusiyalı müxaliflər və sığınacaq axtaran şəxsləri hədəfə alırdı. Lakin son dövrdə onun diqqəti Ukraynanın müttəfiqi hesab edilən ölkələrə yönəlib.

İttiham aktında həmçinin qeyd olunur ki, bu ilin yayında ABŞ-da yaşayan bir şəxs tanınmış rusiyalı müxalif şəxsi izləmək və öldürmək üçün işə cəlb edilməyə çalışılıb. Həmin şəxs isə sui-qəsd təklifini rədd edib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR