Logo

ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir

ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son bir həftə ərzində 10-dan çox Amerika hərbi nəqliyyat təyyarəsi İsrailin cənubundakı hava bazalarına eniş edib.

Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

"Son yük uçuşlarının əksəriyyətini həyata keçirən təyyarələr Texas ştatının El Paso şəhərindəki Biggs Hərbi Hava Qüvvələri bazasından yola düşüb.Təyyarələr ölkənin cənubundakı Nevatim və Ovdadakı İsrail Hərbi Hava Qüvvələrinin bazalarına gedib", - məlumatda qeyd olunur.

Son günlərdə Amerika hərbi yüklərinin Yaxın Şərqdəki digər ölkələrə, o cümlədən İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Küveytdəki ABŞ bazalarına çatdırılması üçün bir sıra digər uçuşlar da həyata keçirilib.

Nəqliyyat təyyarələrinin hansı yük daşıdığı məlum deyil, lakin bunun ABŞ-ın İranla mümkün yeni hərbi əməliyyatlar ərəfəsində bölgədəki hava hücumundan müdafiəni gücləndirmək səyləri ilə əlaqəli olduğu düşünülür./teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR