ABŞ Yaxın Şərqdən çəkilir? - İran müharibəsi reallıqları dəyişib

ABŞ Yaxın Şərqdən çəkilir? - İran müharibəsi reallıqları dəyişib
Kateqoriya məlum deyil
T

ABŞ hərbçiləri və kəşfiyyat nümayəndələri İranla müharibə başa çatdıqdan sonra Yaxın Şərqdəki hərbi mövcudluğun (varlığın) azaldılması ehtimalını qeyri-rəsmi şəkildə müzakirə etməyə başlayıb. Nüfuzlu xarici media orqanlarında gedən xəbərlərə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı amerikalı hərbçilərin yaxın vaxtlarda Bəhreynə qayıtmayacağını bildirib. Bununla yanaşı, bəzi ABŞ rəsmləri bölgədə daimi hərbi qüvvənin saxlanılması əvəzinə, xüsusi əməliyyatlar üçün bölmələrin keçici (müvəqqəti) olaraq bölgəyə göndərilməsi və tapşırıq başa çatdıqdan sonra geri çəkilməsi variantını müzakirə edirlər.

Bəs ABŞ-nin bölgədə hərbi iştirakının azalması müharibənin gedişatına necə təsir edəcək?

Bu haqda Sfera.az-a açıqlama verən siyasi şərhçi Oqtay Qasımovun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının siyasi elitasında (rəhbərliyində) ümumiyyətlə ölkədən kənarda, daha uzaq coğrafiyalarda hərbi qüvvələrin və hərbi bazaların saxlanılması ilə bağlı müzakirələr hər zaman aparılıb və bunun faydalılığı ilə bağlı müxtəlif fikirlər var:

“Bir qrup hesab edir ki, Amerika Birləşmiş Ştatları qlobal (dünya) səviyyədə öz maraqlarını təmin etmək üçün dünyanın vacib, strateji coğrafiyalarında hərbi bazalarını saxlamalı, hərbi varlığını qorumalı və bununla da öz mənafelərini təmin etməlidir. Digər bir qrup isə bunun başqa formada həyata keçirilməsini təklif edir. Əlbəttə ki, ABŞ-İran-İsrail müharibəsinin başlanmasından sonra Amerikanın İrandakı hədəflərinə qısa müddətdə çatmadığı aydın oldu. Bu da Amerika siyasi rəhbərliyində yenidən bu mövzuların gündəmə gəlməsinə səbəb olub. O baxımdan, bu müzakirələr hələ bir xeyli müddət davam edəcək”.

Ekspert (mütəxəssis) hazırkı şəraitdə Amerika Birləşmiş Ştatlarının yaxın müddətdə öz hərbi qüvvələrini bölgədən geri çəkməsinin həqiqətəuyğun (mümkün) görünmədiyini qeyd edib:

“Bölgə ölkələri öz təhlükəsizlik siyasətlərini şaxələndirməyə çalışırlar, bunun da müəyyən səbəbləri var. Çünki onlar bu müharibə zamanı gördülər ki, Amerika Birləşmiş Ştatlarının bölgədəki varlığı onların təhlükəsizliyinə tam şəkildə zəmanət vermir. Bu baxımdan, hazırkı şəraitdə Amerika Birləşmiş Ştatlarının yaxın müddətdə öz hərbi qüvvələrini bölgədən geri çəkməsi açıqcası inandırıcı görünmür. Şübhəsiz ki, Amerikanın milli təhlükəsizlik qaydalarında (konsepsiyasında), hansı ki, keçən il qəbul olunub, konkret üstünlüklər (prioritetlər) müəyyənləşdirilib. Mümkün variantlardan biri də dünyanın müxtəlif yerlərində olan hərbi qüvvələrin bir hissəsinin digər coğrafiyalara köçürülməsidir (yerinin dəyişdirilməsidir). Amma Yaxın Şərqə gəldikdə isə düşünmürəm ki, qısa müddətdə Amerika Birləşmiş Ştatları belə bir addım ata bilər. Çünki bu bölgə çox vacib bölgədir və bu müharibədə Amerika Birləşmiş Ştatları hələlik öz məqsədlərinə, hədəflərinə çatmayıb. O baxımdan, hələlik bu məsələ ilə bağlı konkret qərarın qəbul ediləcəyi gözlənilmir. Çünki Amerika Birləşmiş Ştatları hazırkı şəraitdə belə bir addım atarsa, bu, faktiki olaraq onun yenilgisi (məğlubiyyəti) kimi qəbul oluna bilər. Bu da Amerikanın nüfuzuna ciddi zərər vura bilər. Ona görə də belə bir addımın atılacağı düşünülmür”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR