SON DƏQİQƏ: ABŞ İranın neft tankerlərini vurur - Körfəzdə ard-arda partlayışlar

SON DƏQİQƏ: ABŞ İranın neft tankerlərini vurur - Körfəzdə ard-arda partlayışlar
Kateqoriya məlum deyil
T

İranın Cask şəhəri sahili yaxınlığında iki partlayış baş verib.

Sfera.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Yerli vaxtla saat 21:45 radələrində İranın cənubundakı Cask şəhərinin sakinləri iki güclü partlayış səsi eşitdiklərini bildiriblər.

İran mediasının məlumatına görə, səslər dəniz tərəfdən, Sanq-e Siyah ərazisindən gəlib. Hadisənin səbəbləri və fəsadları barədə hələlik məlumat verilmir.

Daha bir neçə partlayış səsi İranın Xark adası yaxınlığında eşidilib.

"Mehr" agentliyinin məlumatına görə, partlayışların adanın lövbər dayanacağı yaxınlığında baş verdiyi ehtimal olunur.

Bu fonda "i24NEWS" ABŞ mənbəyinə istinadən xəbər verib ki, Birləşmiş Ştatlar hazırda İran neft tankerlərinə zərbələr endirir.

Bu məlumatların yayılmasından sonra İranın "Xatəm əl-Ənbiyə" Mərkəzi Qərargahı xəbərdarlıq edib ki, İran gəmilərinə olunacaq hər bir hücum regiondakı ABŞ hərbi bazalarına kütləvi zərbə ilə nəticələnəcək./musavat

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR