Bu şəxs Trumpa görə 172 min dollar cərimələndi

ABŞ Prezidenti Donald Trampın çıxış mətnlərinə əvvəlcədən çıxışı olan keçmiş Ağ Ev teleprompter operatoru Qabriel Perez bu məlumatlardan istifadə edərək mərc oynadığı üçün 172 min dollardan çox cərimələnib.
Sfera.az xəbər verir ki, ABŞ Əmtəə Fyuçersləri Ticarət Komissiyasının (CFTC) araşdırmasına əsasən, Perez 2025-ci ilin dekabrından 2026-cı ilin fevralına qədər Trampın çıxışlarında hansı söz və ifadələrdən istifadə ediləcəyinə dair “Kalshi” adlı proqnoz platformasında əməliyyatlar aparıb.
Məlumata görə, Perez prezidentin çıxış mətnlərini əvvəlcədən gördüyü üçün digər iştirakçılardan üstün mövqedə olub və əldə etdiyi daxili məlumatlardan maliyyə qazancı əldə edib. Onun bu yolla 100 min dollardan çox gəlir götürdüyü müəyyənləşdirilib. Şübhəli əməliyyatlar “Kalshi” analitiklərinin diqqətini mart ayında çəkib.
Platformada Trampın çıxışlarında müəyyən sözlərin işlədilib-işlədilməsinə dair bazarlarda qeyri-adi aktivlik müşahidə olunub. Aparılan araşdırma nəticəsində əməliyyatların Ağ Evdə teleprompter operatoru kimi çalışan Perezlə əlaqəli olduğu müəyyən edilib və məsələ tənzimləyici quruma bildirilib. İradə Elsevər






