“ABŞ İranla danışıqlar aparmır” - Livvit

“ABŞ İranla danışıqlar aparmır” - Livvit
Kateqoriya məlum deyil
T

Ağ Evin mətbuat katibi Karolin Livitt bildirib ki, Vaşinqtonla Tehran arasında danışıqların bərpası İranın ciddi dialoqa hazır olub-olmamasından asılıdır.

Sfera.az xəbər verir ki, o, bu barədə “Fox News”a açıqlamasında danışıb.

Livittin sözlərinə görə, hazırda ABŞ və İran arasında hər hansı danışıqlar aparılmır və bu vəziyyət ABŞ Prezidenti Donald Tramp İranın danışıqlar masasına oturaraq ciddi müzakirələrə başlamağa hazır olduğuna əmin olana qədər davam edəcək.

“Hazırda heç bir danışıqlar aparılmır. Bu vəziyyət prezident İranın danışıqlar masasına oturub ciddi müzakirələrə başlamağa hazır olduğunu hiss edənə qədər davam edəcək”, - deyə Ağ Ev rəsmisi bildirib.

Livitt əlavə edib ki, ABŞ-nin İranla danışıqları bərpa edib-etməyəcəyi ilə bağlı yekun qərarı məhz Donald Tramp verəcək.

Beləliklə, Vaşinqton və Tehran arasında diplomatik təmasların gələcəyi hələ də qeyri-müəyyən olaraq qalıb. ABŞ administrasiyası mümkün dialoqun yalnız İranın ciddi danışıqlara hazır olması halında baş tutacağını bildirib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR