Qardaş ölkədə dəhşət - 14 körpə yanaraq öldü

Kateqoriya məlum deyil
T
İslamabadda yerləşən Pakistan Tibb Elmləri İnstitutunun ginekologiya şöbəsində baş verən yanğında ən azı 14 yenidoğulmuş ölüb.
Sfera.az xəbər verir ki, bu barədə Pakistanın "Geo News" televiziya kanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumatda deyilir: "Xəstəxananın ginekologiya şöbəsində baş verən yanğında ən azı 14 yenidoğulmuş ölüb. Yanğın doğum şöbəsinin içərisində kondisioner kompressorunun partlamasından sonra başlayıb".
Xilasetmə qrupları hazırda yanğını söndürmək üçün çalışırlar./unikal






