101 yaşlı qadın narkotacirliyə görə saxlanıldı

101 yaşlı qadın narkotacirliyə görə saxlanıldı
Kateqoriya məlum deyil
T

Nigeriyada 101 yaşlı qadın qablaşdırılmış narkotik maddə satdığı şübhəsi ilə saxlanılıb.

Sfera.az xəbər verir ki, Nigeriya Milli Narkotiklərlə Mübarizə Agentliyi (NDLEA) qablaşdırılmış kannabis satdığı şübhəsi ilə 101 yaşlı Esther Ogunmabo-nu saxlayıb. Əməliyyat zamanı yaşlı qadının üzərindən “skunk” adlanan güclü kannabis növündən qablaşdırılmış halda 90 qram maddə aşkarlanaraq götürülüb.

Ogunmabo ifadəsində mağazasının yanğında tamamilə məhv olmasından sonra narkotik alverinə başladığını bildirib. O, Laqosda yaşayan qızının ona hər dörd gündən bir narkotik maddə gətirdiyini, özünün isə həmin maddələri pərakəndə şəkildə satdığını deyib.

Şübhəlinin yaşının çox olması nəzərə alınaraq o buraxılıb və psixoloji dəstək üçün məsləhət xidmətinə yönləndirilib. Narkotik maddələrin tədarükünü təşkil etdiyi müəyyən edilən qızı isə saxlanılıb. Səlahiyyətlilər 101 yaşlı şəxsin narkotik alveri ilə əlaqəli saxlanılmasını qeyri-adi hadisə kimi qiymətləndiriblər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR