İraq tam suverenliyini bu tarixdə elan edəcək

İraq tam suverenliyini bu tarixdə elan edəcək
Kateqoriya məlum deyil
T

İraqın Baş naziri Əli əz-Zeydi ölkənin ölkənin bütün ərazisi üzərində tam suverenliyin təmin edildiyini sentyabrın 30-da elan edəcəklərini açıqlayıb.

Sfera.az xəbər verir ki, Zeydi Bağdadda Sünni Vəqfi Divanı tərəfindən Mövlud Kandili münasibətilə təşkil olunan tədbirdə çıxış edib.

Baş nazir bildirib ki, sentyabrın 30-u İraqın təhlükəsizlik və siyasi baxımdan müstəqil qərarlar qəbul etmək imkanlarının gücləndirilməsi istiqamətində mühüm dönüş nöqtəsi olacaq.

Zeydi hökumətin əsas prioritetlərinin ölkənin yenidən qurulması, hərtərəfli islahatların həyata keçirilməsi, korrupsiyaya qarşı mübarizə və istehsalın artırılması olduğunu deyib. Onun sözlərinə görə, dövlət qurumlarının gücləndirilməsi istiqamətində də işlər davam etdirilir.

Baş nazir təhlükəsizlik strukturlarının konstitusiya çərçivəsində fəaliyyət göstərməsinin təmin olunmasının və ölkədə ictimai sülhün qorunmasının hökumətin əsas vəzifələri sırasında olduğunu vurğulayıb.

Zeydi İraqın regional və beynəlxalq güclər arasında qarşıdurma meydanına çevrilməsinə imkan verməyəcəklərini bildirib:

“İraq başqa dövlətlərin hesablaşmalarında istifadə ediləcək bir meydan olmayacaq”.

Baş nazir ölkənin təhlükəsizliyinin və suverenliyinin qorunmasının yalnız hökumətin deyil, bütün iraqlıların ümumi məsuliyyəti olduğunu qeyd edib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR