Soçidə helikopter sərt eniş etdi

Kateqoriya məlum deyil
T
Rusiya Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus olduğu ehtimal edilən helikopter Soçidə Aşe çayının məcrasında sərt eniş edib.
Sfera.az xəbər verir ki, bu barədə “ÇP Soçi” “Telegram” kanalı məlumat yayıb.
“Hadisə yerindən verilən məlumata görə, xəsarət alan olmayıb. Helikopterin korpusunun elementləri və quyruq hissəsi zədələnib”, - məlumatda qeyd edilib.
Hadisənin səbəbləri hələlik məlum deyil. Ərazidə mütəxəssislər işləyir./publika






