Dəmir yolunda hadisə baş verdi-Onlarla reys ləğv olundu
Kateqoriya məlum deyil
Avropada London, Paris, Lill və Brüssel istiqamətlərində hərəkət edən “Eurostar” qatarlarının reyslərində kütləvi ləğvlər və gecikmələr qeydə alınıb.
Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, buna noyabrın 28-də Lill və Brüssel arasındakı dəmir yolu xəttində baş verən hadisə səbəb olub.
Şirkətin məlumatına görə, hadisə yerinə fövqəladə xidmət əməkdaşları cəlb edildikdən sonra qatarların hərəkətində ciddi fasilələr yaranıb.
Nəticədə London-Lill, London-Brüssel, London-Paris və Paris-Brüssel istiqamətlərində reyslərdə gecikmələr və ləğvlər baş verib.
“Eurostar” sərnişinlərə yaranmış çətinliklərlə bağlı məlumat yayıb.





