"Hörmüz boğazı əvvəlki kimi əhəmiyyətli olmayacaq"

"Hörmüz boğazı əvvəlki kimi əhəmiyyətli olmayacaq"
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp bildirib ki, çoxsaylı boru kəmərlərinin tikintisi və alternativ neft tədarükü marşrutlarının inkişafı səbəbindən gələcəkdə Hörmüz boğazı az əhəmiyyətli olacaq.

Sfera.az report-a istinadən xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Neftin qiymətindən danışan Amerika lideri qeyd edib ki, ABŞ-nin İrana qarşı müharibəsinə baxmayaraq, neftin qiyməti indi bir barel üçün 84-85 dollardır. Onun sözlərinə görə, bunun səbəblərindən biri də Hörmüz boğazından böyük həcmdə neftin keçməsidir.

"Ancaq bundan əlavə, insanlar düşünmədikləri alternativ variantları tapdılar - Texas, Alyaska, Luiziana və digər enerji hasilatı yerlərində. Bununla yanaşı, çoxlu sayda boru kəmərləri tikilir. Söhbət rekord saydan gedir. Buna görə düşünürəm ki, Hörmüz boğazı əvvəlki kimi vacib olmayacaq", - Tramp deyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR