İndoneziyada zəlzələdə ölənlərin sayı artdı

Kateqoriya məlum deyil
T
İndoneziyanın şərqində baş verən 7,7 maqnitudalı güclü zəlzələ nəticəsində azı 51 nəfər həyatını itirib, minlərlə sakin təhlükəsiz ərazilərə köçürülüb.
Sfera.az xəbər verir ki, yeraltı təkanlar Şərqi Nusa Tenqqara əyalətində qeydə alınıb. Təbii fəlakətdən sonra təxminən 5 min nəfərin təxliyə edildiyi bildirilib.
Ölkənin səhiyyə nazirinin müavini Benjamin Paulus Oktavianusun sözlərinə görə, zəlzələ zamanı 36 nəfər ağır, 77 nəfər isə yüngül xəsarət alıb.
Açar sözlər:






