Arvadını kobra vasitəsilə öldürdü - ŞOK CİNAYƏT

Arvadını kobra vasitəsilə öldürdü - ŞOK CİNAYƏT
Kateqoriya məlum deyil
T

Hindistanda bank işçisi Surac Kumarı həyat yoldaşı Utranı zəhərli kobra vasitəsilə qətlə yetirib.

Sfera.az bildirir ki, istintaq Surac Kumarın həyat yoldaşının cehizinə və sığorta ödənişinə çıxış əldə etmək üçün cinayəti əvvəlcədən planlaşdırdığı qənaətinə gəlib. Utranın əlilliyi var idi və bundan əvvəl də ilan hücumundan sağ çıxmışdı: 2020-ci ilin mart ayında onu gürzə dişləmişdi, bundan sonra qadın valideynlərinin evində uzun müddət müalicə olunmuş və bərpa dövrü keçmişdi. Daha sonra onu kobra dişlədi və ertəsi gün qadın vəfat etdi. Sürünən otaqda tapılaraq öldürüldü.

Mərhumun qohumları iki oxşar hadisə səbəbindən şübhələndilər və polisə müraciət etdilər. İstintaq müəyyən etdi ki, Surac ilan ovçusundan iki zəhərli ilan alıb və onları arvadına hücum etmək üçün istifadə edib. İkinci cinayətdən əvvəl o, Utraya yuxu dərmanı verib, sonra isə kobranı otağa buraxıb. Sürünəni daha aqressiv etmək üçün kişi onu bir neçə gün qidalandırmayıb.

Həmçinin məlum olub ki, qadının ölümündən bir qədər əvvəl həyat sığortası rəsmiləşdirilib və onun qızıl-zinət əşyalarının bir hissəsi yoxa çıxıb. Polis kauçuk plantasiyasında gizlədilmiş 38 ədəd zərgərlik məmulatı aşkar edib. İş üzrə həmçinin əmlakı gizlətməkdə və sübutları məhv etməkdə şübhəli bilinən mühakimə olunan şəxsin qohumları da keçiblər. Məhkəmə kişini ömürlük azadlıqdan məhrum edib./Lent.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR