ABŞ və İsrail hazırlaşır: İranla yeni müharibə olacaq?

ABŞ və İsrail hazırlaşır: İranla yeni müharibə olacaq?
Kateqoriya məlum deyil
T

İran rəhbərliyi razılaşmalar imzalamaqla vaxt qazanmağa, ardınca isə həmin razılaşmaları pozmaqla şərtləri öz xeyirlərinə dəyişməyə çalışırlar. Amma bu strategiya nəticədə əks nəticə verə bilər.

Sfera.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı yazıb.

Məqalədə bildirilib ki, Bəsrə körfəzindən təxminən 80 milyon barel neft çıxarılıb, həmçinin dünya üzrə dondurulmuş İran aktivlərinin sərbəst buraxılmasının mümkünlüyünün araşdırılması prosesinə başlanılsa da, bundan sonra Hörmüz boğazında neft tankerlərinə və region ölkələrinə hücumlar yenidən başlayıb, Tehran isə danışıqlara ciddi şəkildə qayıtmaqdan imtina edib.

“Ynet” qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın İran üçün dağıdıcı nəticələr barədə təhdidləri Tehranın yenidən danışıqlar masasına qayıtmasına səbəb olub. Amma razılaşmaların təkrarən pozulması Trampı diplomatik yolların artıq tükəndiyi qənaətinə gətirə bilər.

Məqalə müəllifinin fikrincə, bu durumda Vaşinqtonda hərbi addım atılması ilə bağlı siyasi-strateji təzyiq kəskin şəkildə arta bilər. Tramp isə İran rejiminə qarşı daha genişmiqyaslı kampaniyada iştirak üçün İsrailə müraciət edə bilər.

Portal sonda yazıb ki, İran rəhbərliyi həmişə növbəti mərc üçün vaxt olduğunu düşünsə də, Tehran bu qumarda geri qaytarılması mümkün olmayan bir şeyi – zamanı itirə bilər./Teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR