Rusiyadan Ukraynaya zərbə – AĞIR NƏTİCƏLƏR
Rusiya noyabrın 1-də Ukraynanın Vinnitsa vilayətinin Kozyatın icmasına zərbə endirib.
Sfera.az xəbər verir ki, Vinnitsa Vilayət Hərbi Administrasiyasının rəhbəri Natalya Zabolotnayanın məlumatına görə, hücum nəticəsində 13 yaşlı qız da daxil olmaqla iki nəfər həlak olub, reanimasiyaya yerləşdirilən daha bir qadının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə zamanı dörd nəfər də yaralanıb. Onların üçü uşaqdır. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağır qiymətləndirilir.
Məlumata görə, zərbə peşə məktəbinin yataqxanası ilə təhsil müəssisələrindən biri arasındakı əraziyə düşüb. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına əsasən, yataqxananın ərazisində yanğın baş verib və avtomobillər yanıb.
Hadisə yerində müvafiq xidmətlər işləyir. Hücumun nəticələri dəqiqləşdirilir.






