Almaniyadan Azərbaycan və Ermənistana çağırış

Almaniyadan Azərbaycan və Ermənistana çağırış
Kateqoriya məlum deyil
T

Almaniya Xarici İşlər Nazirliyi Vaşinqton sammitindən bir il sonra Ermənistan və Azərbaycanı sülh yolu ilə getməyə çağıraraq Berlin və tərəfdaşlarının bu prosesi dəstəkləməyə hazır olduqlarını bildirib.

Sfera.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Biz ötən il Vaşinqtonda ABŞ-nin köməyi ilə keçirilən Ermənistan və Azərbaycan arasında sammitin ildönümünü qeyd edirik. Bu mühüm tarix iki ölkə arasındakı münasibətlərdə tarixi impuls yaratdı", - deyə bəyanatda qeyd edilir.

Almaniya Xarici İşlər Nazirliyi İrəvan və Bakını bu yolda davam etməyə çağırıb.

"Hər iki tərəfi bu yolda irəliləməyə çağırırıq. Cənubi Qafqazda sülh və sabitlik bizim ortaq maraqlarımıza uyğundur", - deyə Almaniya Xarici İşlər Nazirliyi vurğulayıb.

Almaniya, həmçinin, Avropa İttifaqı və ABŞ-dakı tərəfdaşları ilə sülh prosesini dəstəkləməyə davam etmək niyyətində olduğunu bildirib.

Nazirliyin bəyanatında əlavə olunub ki, "Almaniya Aİ və ABŞ-dəki tərəfdaşlarımızla birlikdə bu prosesi dəstəkləməyə davam edəcək".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR