7 ölkə neft hasilatını günlük 188 min barrel artıracaq

7 ölkə neft hasilatını günlük 188 min barrel artıracaq
Kateqoriya məlum deyil
T

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupuna üzv 7 ölkə sentyabr ayından neft hasilatını artırmaqla bağlı razılığa gəlib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, OPEC-in bəyanatına görə Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın qlobal bazar şərtlərini və proqnozları qiymətləndirmək üçün keçirdiyi onlayn iclasdan sonra bu qərar qəbul edilib.

İclasda ölkələrin neft bazarında sabitliyi dəstəkləmək istiqamətindəki ortaq öhdəlikləri çərçivəsində və 2023-cü ilin aprelində elan edilən günlük 1,65 milyon barrellik əlavə könüllü hasilat ixtisarları daxilində, sentyabr ayından etibarən ümumi hasilatın günlük 188 min barrel artırılması razılaşdırılıb.


Qərar çərçivəsində ən yüksək hasilat artımı günlük 62 min barrel olmaqla Səudiyyə Ərəbistanı və Rusiyada reallaşdırılacaq. Gələn ay İraq günlük 26 min barrel, Küveyt 16 min barrel, Qazaxıstan 10 min barrel, Əlcəzair 6 min barrel, Oman isə 5 min barrel hasilat artımına gedəcək.

Qrupun növbəti iclası isə sentyabrın 6-da keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR