Ermənistan hökuməti istefa verdi

Kateqoriya məlum deyil
T
Ermənistan hökuməti yeni parlamentin fəaliyyətə başlaması ilə əlaqədar istefa verib.
Sfera.az xəbər verir ki, Baş nazir Nikol Paşinyan istefa ərizəsini imzalayaraq onu Ermənistan Prezidenti Vaaqn Xaçatryana göndərib.
Paşinyan xatırladıb ki, qanuna görə, hökumət yeni parlamentin ilk iclası günü istefa verməlidir:
"Yeni hökumət formalaşana qədər mövcud kabinet öz vəzifələrini yerinə yetirməyə davam edəcək. Daha sonra Ermənistan prezidenti ən çox səs toplayan partiyanın namizədini baş nazir təyin edəcək. Namizəd bu gün təqdim olunacaq və çox güman ki, təyinat baş tutacaq", - Paşinyan bildirib.






