Trampdan İrana sərt xəbərdarlıq

Trampdan İrana sərt xəbərdarlıq
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti sərt açıqlaması ilə diqqət çəkib. O bildirib ki, İran tərəfindən öldürülən hər bir ABŞ əsgərinə görə rəsmi Tehran “çox ağır bədəl ödəyəcək”.

Sfera.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib. ABŞ prezidenti qeyd edib ki, bununla bağlı göstəriş müdafiə naziri Pit Heqsetə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Daniel Keynə və bütün hərbi komandirlərə çatdırılıb. Onun sözlərinə görə, ABŞ ordusu yaranan təhlükələrə qarşı lazımi cavabı verməyə hazırdır.

Trampın açıqlaması ABŞ və İran arasında gərginliyin davam etdiyi bir vaxta təsadüf edib. Məlumata görə, son günlər tərəflər arasında qarşılıqlı hücumlar intensivləşib. ABŞ Müdafiə Nazirliyi həftəsonu baş verən hücumlar zamanı üç ABŞ hərbçisinin öldüyünü təsdiqləyib. Bildirilib ki, həlak olan hərbçilərdən ikisi İordaniyada yerləşən hərbi bazada, biri isə Şimali İraqda xidmət edərkən həyatını itirib.

ABŞ prezidenti paylaşımında İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı da açıqlama verib. Tramp bildirib ki, Netanyahu ABŞ-da olduğu müddətdə heç bir halda həbs edilməyəcək. O, həmçinin İran rəhbərliyini bölgədəki gərginliyə görə məsuliyyət daşımaqda ittiham edib və İranla bağlı daha sərt addımların illər əvvəl atılmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, Pakistanın vasitəçiliyi ilə iyun ayında tərəflər arasında müharibənin dayandırılması və uzunmüddətli sülhün əldə olunmasını nəzərdə tutan anlaşma memorandumu imzalansa da buna baxmayaraq ABŞ və İran arasında qarşılıqlı hərbi əməliyyatlar hələ də davam edir.

Mənsumə

Sfera.az

PAYLAŞ