Hamısı məhv edildi – Kadırov
Çeçenistanda təxribat aktlarında şübhəli bilinən bir şəxs öldürülüb, digəri isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə respublika rəhbəri Ramzan Kadırov təhlükəsizlik qüvvələrinin nümayəndələri ilə keçirdiyi görüşdən sonra məlumat verib.
Çeçenistanın daxili işlər naziri Aslan İrasxanov bildirib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il törədilmiş təxribat fəaliyyətlərində iştirak edən şəxslərin şəxsiyyəti müəyyən edilib. Əməliyyat zamanı şübhəlilərdən biri məhv edilib, digəri isə tutularaq istintaqa cəlb olunub.
Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, saxlanılan şəxs dindirilmə zamanı 2025-ci ildə inzibati binanın yaxınlığında törədilən partlayışda, həmçinin Çernoreçye ərazisindəki Dövlət Yol Müfəttişliyi postu yaxınlığına əldəqayırma partlayıcı qurğunun quraşdırılmasında iştirak etdiyini etiraf edib.
Kadırov Qudermes rayonundakı təhlükəsizlik vəziyyətinin xüsusi nəzarətdə saxlanıldığını və təxribatçıların zərərsizləşdirildiyini qeyd edib./globalinfo






