Logo

Netanyahu rədd etdi: Hücum olmayacaq?

Netanyahu rədd etdi: Hücum olmayacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin oktyabrın əvvəlində İrana hücum etməyi planlaşdırdığı, lakin ABŞ Prezidenti Donald Trampın mövqeyinə görə əməliyyatın son anda ləğv edildiyi barədə məlumatları təkzib edib.

Sfera.az xəbər verir ki, Netanyahu bu barədə “Arutz Sheva” onlayn nəşrinə müsahibəsində danışıb.

Daha öncə “Financial Times” qəzeti yazıb ki, ayın əvvəlində Netanyahu İsrail Hərbi Hava Qüvvələrinə İrana qarşı genişmiqyaslı zərbələr endirməyə hazırlaşmaq barədə göstəriş verib. Nəşrin mənbələrinin məlumatına görə, hücum oktyabrın 10-da həyata keçirilə bilərdi və israilli pilotlar əməliyyata başlamağa hazır idilər.

Qəzetin iddiasına əsasən, Donald Tramp İsrailin bu addımına qarşı çıxıb. Bundan sonra Netanyahu İrana zərbələr endirilməsi ilə bağlı hazırlıqların dayandırılması barədə göstəriş verib.

Netanyahu isə bu məlumatı təkzib edib və həqiqəti əks etdirmədiyini deyib.

Bununla belə, o, Tramp ilə son telefon danışıqlarının təfərrüatlarını açıqlamaqdan imtina edib.

Qeyd edək ki, Netanyahu daha əvvəl oktyabrın 18-də ABŞ Prezidenti ilə telefon danışığı apardığını bildirib Baş nazirin sözlərinə görə, söhbət zamanı əsas diqqət İsrail və ABŞ-ın İrana qarşı bundan sonra atacağı birgə addımlara yönəlib.

Netanyahu hər iki ölkənin Tehranda hakimiyyət dəyişikliyinə nail olmaq istədiyini də vurğulayıb./globalinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR