Cütlük Məkkədə niyə edam edildi? - Əsl həqiqət/Video
Kateqoriya məlum deyil
İki banqladeşli gəncin Səudiyyə Ərəbistanında edam edilməsi ətrafında sosial şəbəkələrdə yayılan video və məlumatlar həqiqəti nə qədər əks etdirir?
Sfera.az xəbər verir ki, ilk olaraq banqladeşli, yenicə ailə quran gənc cütlüyün “bal ayını keçirmək üçün” Ərəbistana gəldikləri və Məscidül-Həramda öpüşdükləri üçün onlara cinayət işi qaldırıldığı, daha sonra isə edam edildiyi bildirildi.
Daha sonra isə cütlüyün iş axtarmaq üçün Ərəbistana gəldikləri, onların 7 yaşlı övladlarının olduğu iddia edildi.
Paralel olaraq edama səbəb kimi Kəbədə banqladeşli oğlanın öz arvadını öpdüyünü əks etdirən görüntülər də yayıldı. Hətta guya hamilə xanımını Kəbədə öpdüyü üçün edam edildiyi iddiası və fotosu da yayılıb./kult.az






