Putin: Trampın mövqeyini dəyişmək çətin olacaq

Putin: Trampın mövqeyini dəyişmək çətin olacaq
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrinin ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsindəki mövqeyinə təsir göstərə biləcəyinə şübhə etdiyini bildirib.

Sfera.az xəbər verir ki, Vladimir Putin bu fikirləri jurnalist Pavel Zarubinə "Vesti" informasiya xidməti üçün verdiyi müsahibədə səsləndirib.

Putin bildirib ki, Donald Trampı fikrindən daşındırmağın mümkün olacağına inanmır.

"ABŞ Prezidenti yetkin, hətta çox təcrübəli siyasətçidir. O, ikinci dəfə hakimiyyətdədir və nə etdiyini yaxşı bilir", - deyə Rusiya lideri vurğulayıb./teleqraf

PAYLAŞ