İran mövzusu bitdi? - G7 yeni gündəmə keçir

İran mövzusu bitdi? - G7 yeni gündəmə keçir
Kateqoriya məlum deyil
T

Dünya liderləri "Yeddilik Qrupu" - G7 sammitində iştirak etmək üçün Fransanın Evian şəhərinə gəliblər. Üç günlük sammit Yaxın Şərqdə mühüm diplomatik proseslərin fonunda keçiriləcək.

ABŞ Prezidenti Donald Tramp da sammitdə iştirak edir. Həmçinin bazar ertəsi başlayan sammitdə G7 ölkələrindən olan Fransa, Kanada, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ liderləri bir sıra mühüm məsələləri müzakirə edirlər. Xüsusilə İran-ABŞ müharibəsinin sonlandırılması üçün danışıqlar aparılacaq.

Maraqlıdır, Tramp bu görüşdən sonra İranla müharibəni tamamilə sonlandıracaq?

Sfera.az-a bu haqda açıqlama verən politoloq Əli Mustafa bildirib ki, artıq Tramp savaşı sonlandırıb və onların ilkin bir memorandum imzalamasına dair məlumat var:

“Rəsmi olaraq, iyunun 19-da İsveçrədə rəsmi bir sənəd, saziş imzalanacaq. Ola bilər ki, orada sənədi vitse-prezident imzalasın. Amma Tramp deyir ki, bəlkə özü də orada iştirak edəcək. Yəni bütün hallarda savaşın dayandırılması üçün Amerika əlindən gələn hər bir şeyi edir. O ki qaldı G7-lərin görüşünə, bəli, orada G7 üzvlərindən başqa digər bir sıra dövlətlərin başçıları, o cümlədən Hindistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Cənubi Koreyanın da rəsmiləri iştirak edirlər. Bu isə o deməkdir ki, orada gündəlikdə bir sıra qlobal məsələlər var”.

Ekspert görüşdə təkcə İran-ABŞ mövzusu yox, Ukrayna-Rusiya müharibəsinin də müzakirə ediləcəyini bildirib:

“Əlbəttə, burada Rusiya-Ukrayna məsələsi də var. Ümumdünya sülhü üçün danışıqlar aparılcaq. Amma hazırda əsas gözlər İran ilə ABŞ-dədir. Bu baxımdan mümkündür ki, bu razılaşmadan onların da hansısa təklifləri, fikirləri nəzərə alınsın və ondan sonra ayın 19-da saziş imzalansın. Bu sazişlə bir sıra ölkələr artıq tanışdır. Məsələn, Qətər və Səudiyyə Ərəbistanı. Hər halda görünən odur ki, bu memorandumun ardınca da sözügedən saziş bütövlükdə İran müharibəsinin dayanmasına, İran-Amerika savaşının dayandırılmasına yönəlib. Yəni bu savaşın dayanması gerçək görünür”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ