Logo

Sançes məğlub olan Trampı sərt tənqid etdi

Sançes məğlub olan Trampı sərt tənqid etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İspaniyanın Baş naziri Pedro Sançes ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrini şərh edərək Donald Trampın siyasətinə qarşı sərt fikirlər səsləndirib.

Sfera.az xəbər verir ki, Sançes sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, Amerika cəmiyyəti yoxsullaşmaya səbəb olan siyasətə, nifrətə, cinsiyyətçiliyə, iqlim dəyişikliyinin inkarına və elitaların imtiyazlarına qarşı səs verib.

Baş nazir paylaşımında qeyd edib:

“Dünən Amerika cəmiyyəti yoxsullaşdıran siyasətlərə, nifrətə, cinsiyyətçiliyə, iqlim dəyişikliyinin inkarına və elitaların imtiyazlarına qarşı səs verdi.

Bu, Braziliyada baş verdi. ABŞ-də də baş verdi. Tezliklə İspaniyada da baş verəcək. Feixoo və Abaskalın üzərində yüksəlməyə çalışdığı ifrat sağçı dalğa artıq böyümür, əksinə, çökür”.

Qeyd edək ki, İran müharibəsi ilə bağlı proseslər fonunda İspaniyanın Baş naziri Pedro Sançes ölkəsinin müharibəyə qarşı olduğunu bəyan etmiş və ABŞ-nin İspaniyadakı hərbi bazalardan istifadə etməsinə icazə verilməyəcəyini açıqlamışdı.

Bu mövqe Vaşinqtonla Madrid arasında münasibətlərin gərginləşməsinə səbəb olmuşdu. ABŞ Prezidenti Donald Tramp isə İspaniya ilə bütün ticarət əlaqələrinin dayandırıla biləcəyini bildirərək, “İspaniya ilə heç bir münasibətimizin olmasını istəmirik” ifadəsini işlətmişdi.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR