Logo

Tanınmış aktyor və həyat yoldaşı biri-birini ÖLDÜRDÜLƏR

Tanınmış aktyor və həyat yoldaşı biri-birini ÖLDÜRDÜLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Mıtışi şəhərində baş verən faciə zamanı “FEST Teatrı”nın aktyoru Vladislav Benqraf və həyat yoldaşı Yevgeniya mübahisə zamanı bir-birini bıçaqlayaraq öldürüblər.

Sfera.az “gazeta.ru”ya istinadla xəbər verir ki, mənzildə baş verən mübahisə qadının boşanmaq istəyi ilə bağlı olub.

Münaqişə zamanı tərəflər mətbəx bıçaqlarından istifadə edərək bir-birilərinə ölümcül xəsarətlər yetiriblər.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları mənzilin qapısının içəridən bağlı olduğunu görüblər. Onlar qapını sındırdıqdan sonra içəridə hər iki şəxsin meyitini aşkar ediblər.

Yaxınlarının sözlərinə görə, cütlük arasında tez-tez mübahisələr olur, lakin onlar ayrılıb yenidən barışırdılar. Son vaxtlar münasibətlər daha da gərginləşmiş, qadın ərini evdən çıxarmışdı.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR