"Mən Ukrayna və Rusiya məsələsinin daha asan olacağına inanırdım" - Tramp

"Mən Ukrayna və Rusiya məsələsinin daha asan olacağına inanırdım" - Tramp
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, Ukrayna münaqişəsinə son qoymaq Yaxın Şərqdəki qarşıdurmalardan daha çətin olub.

 

Sfera.az xəbər verir ki, Tokioda ABŞ və Yaponiya biznes ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxış edən Tramp bildirib ki, prezidentliyi dövründə səkkiz ay ərzində səkkiz müharibəni dayandırmağa nail olub, lakin Ukrayna ilə Rusiya arasındakı münaqişə hələ də davam edir.

 

“Sizi təfərrüatlarla yormayacağam, amma səkkiz ayda səkkiz müharibəni bitirdik. Düşünürdüm ki, Ukrayna münaqişəsini həll etmək Yaxın Şərqdəki qədər çətin olmayacaq. Biz orada çox yaxşı iş gördük. Mən Ukrayna və Rusiya məsələsinin daha asan olacağına inanırdım”, – deyə Tramp qeyd edib.

 

Amerika lideri bu inamını Rusiya prezidenti Vladimir Putinlə münasibətlərinə əsaslandırdığını bildirib. Onun sözlərinə görə, hazırda proseslər istədiyi kimi getməsə də, sülhə nail olacağına ümid edir:

 

“Bir tərəf sülhə doğru addım atmağa başlayacaq və mən bu prosesi tamamlayacağam”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR