Qəzzadan təhvil verilən tabutda iki il əvvələ aid cəsəd tapıldı

Qəzzadan təhvil verilən tabutda iki il əvvələ aid cəsəd tapıldı
Kateqoriya məlum deyil
T

İsrail məhkəmə-tibb ekspertləri oktyabrın 27-də axşam Qəzzadan təhvil verilən tabutda təxminən iki il əvvəl cəsədi qaytarılan girovun qalıqlarının bir hissəsinin olduğunu müəyyən ediblər.

 

Sfera.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb. Bəyanatda bildirilib ki, şəxsiyyətin müəyyənləşdirilməsi zamanı qalıqların 2023-cü il oktyabrın 7-də fələstinli radikalların İsrailə hücumu zamanı həlak olan Omir Tsarfatiyə məxsus olduğu təsdiqlənib.

 

Qeyd olunur ki, Tsarfatinin cəsədi 2023-cü ilin noyabrında İsrailə qaytarılmışdı. İsrail tərəfi bu hadisə ilə bağlı Fələstinin HƏMAS hərəkatını ölən girovların cəsədlərinin təhvil verilməsi və Qəzza zolağında atəşkəslə bağlı razılaşmalara əməl etməməkdə ittiham edib. “Bu, HƏMAS terror təşkilatı tərəfindən razılaşmaların açıq şəkildə pozulmasıdır”, – deyə Netanyahunun ofisindən bildirilib.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR