“Biz onilliklər boyu mübarizə aparmayacağıq"- Zelenski

"Biz onilliklər boyu mübarizə aparmayacağıq"- Zelenski
Kateqoriya məlum deyil
T

Ukrayna hakimiyyəti yaxın iki-üç il ərzində hərbi əməliyyatları davam etdirmək üçün Qərb tərəfdaşlarından maliyyə dəstəyi alacağını gözləyir.

 

Sfera.az xəbər verir, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə bildirib. Zelenskinin sözlərinə görə, o, Avropa liderlərinə Ukraynanın sonsuz müharibə aparmaq niyyətində olmadığını çatdırıb:

 

“Biz onilliklər boyu mübarizə aparmayacağıq, amma siz göstərməlisiniz ki, Ukraynanı müəyyən müddət ərzində davamlı şəkildə maliyyələşdirə bilərsiniz",– deyə dövlət başçısı vurğulayıb.

 

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd etmişdi ki, Avropa ölkələri Kiyev rejimini uzun müddət dəstəkləməyə məcbur qalacaqlar. Son illərdə Ukraynanın büdcəsi rekord həcmdə kəsirlə üzləşib. Dövlətin daxili gəlirləri əsasən hərbi xərcləri qarşılaya bilir, digər sahələr isə Qərb yardımı hesabına maliyyələşdirilir. Rəsmi Kiyev etiraf edir ki, hərbi resurslar tükənmək üzrədir və yeni vəsaitlərin əldə edilməsi getdikcə çətinləşir.

 

Hazırda Ukrayna hakimiyyəti tərəfdaş ölkələrlə alınan maliyyə vəsaitlərinin necə və hansı məqsədlərlə istifadə olunacağı barədə danışıqlar aparır. Məlumata görə, bu vəsaitlər əsasən sosial büdcə xərclərinə yönəldilə bilər.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR