İranla ABŞ münasibətləri bundan asılı olacaq - Tramp şərtləri açıqladı

İranla ABŞ münasibətləri bundan asılı olacaq - Tramp şərtləri açıqladı

ABŞ Prezidenti Donald Tramp İranla münasibətləri normallaşdırmaq üçün şərtlərdən birini açıqlayıb. 


Tramp bildirib ki, İran Yaxın Şərqdəki silahlı qruplaşmalara dəstəyi dayandırmalıdır. Tramp bu çağırışında Həmas, Hizbullah və Yəməndəki Husiləri nəzərdə tutub. Vaşinqton uzun illərdir ki, Tehranın bu qruplaşmalara maliyyə və hərbi yardım göstərdiyini bəyan edir və bu yardımların regional sabitliyi pozduğunu bildirir.


Bəs İran ABŞ-nin bu istəyini reallaşdıraacaqmı?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən konfliktoloq Elman Vəliyev bildirib ki, əgər İran bu yardımları dayandırarsa, adıçəkilən qruplaşmaların təsir gücü ciddi şəkildə zəifləyəcək. 


Lakin E.Vəliyev məsələnin təkcə İranla məhdudlaşmadığını vurğulayıb:

 

“Əslində adıçəkilən quplaşmaların yaranmasında  Amerikanın da əli var. ABŞ öz illeqal işlərini bunlar vasitəsilə həyata keçirir. Regional güclər və böyük dövlətlər qeyri-rəsmi təsir alətləri olaraq silahlı qruplaşmalardan daim istifadə edirlər".

 


Ekspertin fikrincə, qruplaşmalara İranın dəstəyinin dayandırması çətin məsələdir:

 

"Bu qruplaşmalar Tehran üçün həm siyasi, həm də strateji baxımdan əhəmiyyətlidir. İran onlar vasitəsilə regionda təsir imkanlarını artırır, ABŞ və İsrail kimi rəqiblərinə qarşı dolayı təzyiq vasitəsi qazanır. Belə olan halda, bu təsirdən könüllü şəkildə imtina etmək Tehran üçün real və sərfəli seçim deyil. Əgər İran yardımları doğrudan da dayandırarsa, bu qruplaşmaların döyüş qabiliyyəti, logistika və texniki təchizatı ciddi zərbə alacaq. Xüsusilə Həmas və Hizbullah kimi təşkilatların dayanıqlılığı azalacaq və onların bölgədəki fəaliyyətlərinə təsir göstərəcək. Bununla yanaşı, İranın öz daxilində də siyasi qütbləşməyə səbəb ola bilər, çünki “müqavimət cəbhəsi” ideologiyası illərdir rejimin xarici siyasətinin əsas dayaqlarından biridir”.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə et0dilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...