Rusiya 30 günlük atəşkəsə razı olmayıb - Səbəb

Rusiya 30 günlük atəşkəsə razı olmayıb - Səbəb

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə 30 günlük atəşkəsə razı olmayıb. Mətbuat katibi Dmitri Peksov bununla bağlı Putinin fikirlərini bölüşüb. Kreml sahibinin fikrincə, 30 günlük atəşkəs Ukraynaya Qərb ölkələrinin dəstəyi vasitəsilə hərbi arsenalını artırmağa və cəbhə bölgəsindəki döyüşçülərinə istirahət verməyə, o cümlədən onları əvəz etmək üçün yeni qüvvələrin cəlbinə imkan verəcək. Bundan başqa Putin hesab edir ki, Ukrayna atəşkəsdən istifadə edərək genişmiqyaslı səfərbərlik həyata keçirəcək. Bunlar baş verməsin deyə, Kreml 30 günlük atəşkəsə razılaşmır.

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan politoloq Elxan Şahinoğlu Putinin yanaşmasında qeyri-adi heç nə olmadığını deyib.

 

Onun sözlərinə görə, Azərbaycanın da 1994-cü ildə Ermənistanla atəşkəsə razılaşmasında məqsədi yaranan fasilədə daxili problemləri həll edib, ordunu gücləndirmək və yeni silahlarla təhciz etmək idi:

 

"Beynəlxalq vasitəçilər məsələni həll edə bilmədiyinə görə, Azərbaycan ordusu torpaqları işğalçılardan azad etdi. Ukrayna da eyni yanaşmadan çıxış edir. Kiyev atəşkəs vasitəsilə cəbhə bölgəsindəki döyüşçülərinə zəruri istirahət verməyi planlaşdırır. Hərbi arsenalın artırılmasına gəldikdə isə, Ukrayna bunu müharibə dövründə də həyata keçirir, bunun üçün 30 günlük atəşkəsə ehtiyac yoxdur. Genişmiqyaslı səfərbərliyi də döyüşlər getdiyi müddətdə həyata keçirmək mümkündür".


  
Politoloqun fikrincə, Putinin məntiqi onu göstərir ki, o davamlı döyüşlər vasitəsilə Ukrayna hərbçilərini yormaq və yeni əraziləri işğal siyasətindən imtina etmək istəmir:

 

"Kreml sahibi ona görə ABŞ və Ukrayna Prezidentlərinin uzun müddətli atəşkəs təklifinə razılaşmaq istəmir. Ancaq atəşkəs Rusiyanın özü üçün də lazımdır, Putinin Ukrayna ilə bağlı söylədiyi arqumentlər onun ordusu üçün də keçərlidir. Rusiyanın cəbhə bölgəsindəki döyüşçülərinin də istirahətinə ehtiyac var, komandanlıq onları hər gün ölümün pəncəsinə atır".


Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Uşaqlar çimərlikdə qədim mesaj olan butulka tapdılar - FOTO

On yaşlı iki oğlan Polşanın Qdansk şəhərində dəniz sahilində 1959-cu ilə aid sevgi mesajı olan şüşə butulka tapıblar. Butulkada Rysya adlı qızın "Bunny&quo...

Təyyarə ilə səyahət edərkən niyə yatmaq məqsədəuyğun deyil?

Amerikanın Orlando şəhərindən 10 illik təcrübəyə malik stüardessa Ale Pedrosa bir çox sərnişinin təyyarə ilə səyahət edərkən bir sıra səhvlərə yol verdiyini bil...

"Qalatasaray"ın avtobusu hücuma məruz qaldı - FOTO

Trendyol Super Liqasında mövsümün başa çatmasına iki tur qalmış çempionluğunu rəsmiləşdirən “Qalatasaray” bu gün, 37-ci tur çərçivəsində “Gözt...

“Test imtahanının əleyhinə olmuşam” -Misir Mərdanov

"Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxır...

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən bölgələrimizdə ciddi fəsadlara yol açıb. Quba və Qusar ərazisində yağan yağışlar əkin sahələrinə...

O, sadəcə bizim atamız deyildi…

O, bir məktəb idi – mərdliyin, vicdanın, sədaqətin məktəbi…   Atam Cavanşir Qurbanovun ömrü – bir ağsaqqalın hekayəsi idi. &nbs...