Netanyahu: "Hücumlara bir halda dözəcəyik..."

Dünya
22:48 / 20.06.2024
5000
İsrailin Baş naziri Benjamin Netanyahu yəhudi dövlətinin ABŞ-dən lazımi hərbi yardım almağa davam etdiyi müddətcə şəxsi hücumlara dözməyə hazır olduğunu bildirib.
Sfera.az xəbər verir ki, müvafiq açıqlama onun Telegram kanalında yer alıb.
Netanyahu yazıb : “Mən şəxsi hücumlara dözməyə hazıram, bir şərtlə ki, İsrail varlığı üçün müharibədə ehtiyac duyduğu sursatı ABŞ-dən alsın”.
Qeyd edək ki, iyunun 19-da Netanyahunun Amerika silahlarının tədarükündə gecikmələrdən şikayətlənən videomüraciətdən sonra Ağ Evin ABŞ və İsrail arasında yüksək səviyyəli görüşü ləğv etdiyi məlum olub.
Əzizə