Kennedi: "Dünya Rusiya ilə müharibənin girovluğundadır"

Dünya
21:07 / 20.06.2024
5611
ABŞ prezidentliyinə müstəqil namizəd kiçik Robert Kennedi ABŞ hakimiyyətini Rusiya ilə Ukrayna üzrə danışıqlar masasına oturmağa çağırıb.
Sfera.az xəbər verir ki, o müharibəni alovlandırmamağı tövsiyə edib:
"Dünya Rusiya ilə proksi müharibəsinin girovluğundadır. Eyni zamanda, amerikalıların əksəriyyəti ABŞ-nin Ukraynadakı münaqişəyə niyə cəlb olunduğunu belə bilmirlər"-, kiçik Kennedi qeyd edib və bu münaqişəyə pul xərcləməyi dayandırmağa çağırıb. Siyasətçi vurğulayıb ki, "böyüklər"in barışması vaxtı
Ukraynada vəziyyət fəlakətin astanasında idi və ABŞ prezidenti Co Baydenin Ukraynanın Rusiyaya Amerika silahları ilə hücumlar təşkil etməsinə icazə verməsi ağılsız eskalasiyaya doğru daha bir addım olub.
İnci