Ukraynaya çağırış: Nizamlanma başlamalıdır

"Ukrayna çətin ki, Rusiya ilə danışıqlara başlamaq üçün daha əlverişli şərtlərə nail ola bilsin, ona görə də sülh yolu ilə nizamlanma indi başlamalıdır".
Sfera.az xəbər verir ki, Vaşinqtondakı Kato İnstitutunun tədqiqatçısı Doug Bandou bu barədə "The American Conservative" üçün materialda yazıb.
Ekspertin nöqteyi-nəzərindən Rusiyanın Ukraynadan daha çox əsgəri var və daha çox silah istehsal edir.
"Kiyevin vəziyyəti həm də ölkədə Ukrayna Silahlı Qüvvələrinə çağırışa qarşı müqavimətin artması və Volodimir Zelenskinin reytinqinin aşağı düşməsi ilə pisləşir"-,Bandou qeyd edib.
O hesab edir ki, müstəqilliyini qorumaq üçün respublikanın ərazilərin itirilməsi ilə barışmalı olmasına baxmayaraq, Ukrayna indi Moskva ilə danışıqların əsasını qoymalıdır . Onun sözlərinə görə, sülh prosesi çətin olacaq, lakin bu, Ukraynanın normal gələcəyə ümid edə biləcəyi yeganə yoldur.
İnci