34 nəfər saxta spitli içkidən ÖLDÜ

34 nəfər saxta spitli içkidən ÖLDÜ
Kateqoriya məlum deyil
T

Hindistanın Tamilnad ştatında 34 nəfər saxta spirtli içkidən ölüb.


Sfera.az xəbər verir ki, bu barədə ştatın Baş naziri Muthuvel Karunanidhi Stalin X sosial media platformasında paylaşım edib.


O bildirib ki, saxta içkidən zəhərlənən 100-dən çox adam müxtəlif xəstəxanalarda müalicə olunub.


Qeyd edək ki, Hindistanın şərqində yerləşən və 7 ildir, spirtli içkilərin qadağan olunduğu Bihar əyalətində 2023-cü ildə 20 nəfər saxta spirtli içkidən ölüb.


Asya

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR