Məkkədə Həcc ziyarəti zamanı 14 zəvvar istidən ÖLÜB

Məkkədə Həcc ziyarəti zamanı 14 zəvvar istidən ÖLÜB

Səudiyyə Ərəbistanında havanın temperaturu 50 dərəcəyə qalxıb. Zəvvarlar arasında isə 2700 istilik və günvurma halı qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, azı 14 iordaniyalı zəvvar Məkkədə Həcc ziyarəti zamanı istidən dünyasını dəyişib. Milli Meteorologiya Mərkəzinin məlumatına görə, bazar günü İslamın ən müqəddəs məkanı olan Məkkədə havanın temperaturu 50 dərəcəyə çatıb. İordaniya Xarici İşlər Nazirliyi əvvəlcə altı nəfərin öldüyünü bildirsə də, sonradan rəqəmləri yeniləyib. Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinin nümayəndəsi Məhəmməd əl-Abdulaali isə zəvvarlar arasında 2700-dən çox istilik və günvurma hadisəsi olduğunu bildirib.

 

Qeyd edək ki, Həcc ziyarəti İslamın beş əsas şərtindən biridir, maddi imkanı olan bütün müsəlmanlar üçün ən azı bir həcc ziyarəti vacib sayılır. İcra olunan ayinlərə isə açıq havada, o cümlədən İslamın ən müqəddəs yeri olan Kəbənin ətrafında dövrə vurmaq, ona baxaraq dualar oxumaq və Rəhmət dağının zirvəsində Məhəmməd peyğəmbərin addımlarını izləmək aiddir.


Yerli hakimiyyət orqanlarının məlumatına görə, bu il dünyanın müxtəlif ölkələrindən 1,8 milyon insan Həcc ziyarətində iştirak edəcək. Həcc ziyarəti cümə günü başlayıb, çərşənbə günü başa çatır.

 

2019-cu ildə nəşr olunan bir araşdırmada, Səudiyyə Ərəbistanının Həcc ziyarətinin keçirildiyi bölgələrində iqlim dəyişikliyi, istilik və rütubətin həyat üçün təhlükə yarada biləcəyini açıqlamışdı. Massaçusets Texnologiya İnstitutunun və Los-Ancelesdəki Loyola Marymount Universitetinin tədqiqatçıları həccin ən isti aylarının-2047-2052 və 2079-2086-cı illərin yay aylarına təsadüf edəcəyini, bu zaman risklərin ciddi ola biləcəyini bildiriblər.


Xatırladaq ki, ötən il iyunun sonunda baş vermiş Həcc ziyarəti zamanı minlərlə günvurma hadisəsi qeydə alınıb.

 

Qoruyucu əks tədbirlərə əlavə olaraq, tədqiqatçılar zəvvarların sayını məhdudlaşdırmağı və yüksək riskli illərdə sağlam olanlara üstünlük verməyi tövsiyə edirlər (2021-ci il koronavirus pandemiyası zamanı Səudiyyə Ərəbistanı 65 yaşdan aşağı zəvvarların və iştirakçıların sayını 60,000 nəfərlə məhdudlaşdırmışdı). 


“The Washington Post”un qlobal təhlilinə görə, 2050-ci ildə Məkkədə 182 gün ərzində 50 dərəcəyə yaxın istilər müşahidə olunacaq.

 

Səudiyyə Ərəbistanı isə sürətlə dəyişən vəziyyətə uyğunlaşmağa çalışır. Səlahiyyətlilər zəvvarlara soyuq su paylayır, su çiləyicisi olan böyük çətirlər quraşdırır və hətta zərərçəkənlər üçün əlavə ilk tibbi yardım məntəqələri açır.

 

İstiliklə bağlı problem isə qlobal xarakter daşıyır. Hindistan bu yay temperaturun 50 dərəcədən yuxarı qalxması ilə əlaqədar onlarla ölüm hadisəsi olduğunu bildirib. Ölkənin bəzi rayonlarında gecələr havanın temperaturu 30 dərəcədən yuxarı olaraq qalır. Yunanıstanda səlahiyyətlilər ölkəni bürüyən yüksək temperatur səbəbilə itkin düşən turistlərdən narahatdırlar. Bazar günü Milli Hava Xidməti ABŞ-nin bəzi hissələri üçün uzun müddət istilik və yüksək rütubət proqnozlaşdırıb.

 

Xatırladaq ki, Yunanıstanda anomal istilər səbəbindən gün ərzində dağlara çıxan bir neçə turist istidən və ya günvurmadan artıq dünyasını dəyişib. Onların arasında məşhur teleaparıcı və dietoloq doktor Maykl Mosli də var. Bir neçə turist isə itkin düşüb.


OXŞAR XƏBƏRLƏR

Adamyeyənlərin qurbanı olub: Alimlər məşhur “Erebus”un kapitanının qalıqlarını müəyyən etdilər

Tədqiqatçılar qrupu bu yaxınlarda Con Franklinin Arktikaya tarixi ekspedisiyasının əsas fiqurunun qalıqlarını uğurla müəyyən edib. Bu kəşf 19-cu əsrin ən məşhur...

ABŞ-da müəmmalı şəkildə yoxa çıxıb: Partlayıcı peycerlər işi üzrə şübhəli qadın axtarılır

Norveç Təhlükəsizlik Polisi (PST) “Hizbullah” üzvləri üçün Livana partlayıcı peycerlərin tədarükü zəncirinin bir hissəsi ola biləcək Bolqarıstanın &...

2 aylıq uşağı pivə ilə dəyişmək istədilər

ABŞ-də cütlük iki aylıq körpəsini 6 butulka pivəyə satmağa çalışıb.   Sfera.az xəbər verir ki bu barədə "The Mirror" yazıb. Nəşrin məlumatına...

Qadını breketlərə görə təyyarəyə buraxmadılar: Ona nə olub? - FOTO

Özünü Maria Maqdalena adlandıran model qeyri-adi görünüşünə görə sərnişin təyyarəsinə minə bilməyib. O, hər yerdə qəzəbli şəkildə ədalət tələb edib. Sfera....

Dağıstanda bir günlük matəm elan edildi

28 sentyabr Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində həlak olanların xatirəsinə bir günlük matəm elan ediləcək. &nbs...

Ledi Qaqa qala gecəsinə nişanlısı ilə gəldi - FOTO

Amerikalı müğənni və aktrisa Ledi Qaqa nişanlısı Maykl Polanski ilə "Joker"in davam filminin qalasına qatılıb.   Sfera.az bildirir ki, London...