Logo

Bayden tədbirdə "dondu", Obama köməyə çatdı

Bayden tədbirdə "dondu", Obama köməyə çatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın keçmiş prezidenti Barak Obama Los-Ancelesdə hazırkı dövlət başçısının seçki kampaniyası üçün maliyyə toplama tədbirində çıxış edən Co Baydeni səhnədən endirməyə məcbur olub.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ Respublikaçılar Partiyasının Milli Komitəsi X sosial şəbəkə səhifəsində yazıb.

"Bayden donub qaldı, bundan sonra Obama onun qolundan tutub səhnədən uzaqlaşdırdı",- məlumatda deyilir.

Qeyd olunur ki, keçmiş və indiki prezidentlər tamaşaçılarla səhnədən vidalaşıblar:

"Bir anda Bayden donub qalıb və sadəcə gülümsəyib, bundan sonra Obama onun əlindən tutub çıxışa doğru aparıb".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR