Türkiyədə meşə yanğını: Qurumlar səfərbər oldu

Türkiyədə meşə yanğını: Qurumlar səfərbər oldu
Kateqoriya məlum deyil
T

Türkiyənin Aydın vilayətinin Çine ilçəsində əkin sahəsində başlayan yanğın meşəyə keçib.

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, əraziyə yanğınsöndürmə qrupları cəlb edilib.

 

Aydın valisi Yakup Canbolat qısa zamanda yanğının lokallaşdırılacağını bildirib.

 

O, həmçinin 6 helikopter, 8 təyyarə, 24 yanğınsöndürən maşın, 10 su çəni, müxtəlif texnikaların, həmçinin 185 nəfərin yanğının söndürülməsinə cəlb olunduğu bildirib.

 

Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR