Avropa çempionatları tarixində ən erkən qol vuruldu

Avropa çempionatları tarixində ən erkən qol vuruldu
Kateqoriya məlum deyil
T

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında turnirin ən erkən qolu vurulub.

 

Sfera.az xəbər verir ki, bu rekorda Albaniya millisinin yarımmüdafiəçisi Nedim Bayrami imza atıb. O, B qrupunun ilk turunun İtaliya ilə oyununda matçın 23-cü saniyəsində fərqlənib.

 

Hazırda hesab 2:1 italiyalıların xeyrinədir.

 

Qeyd edək ki, bunadək Avropa çempionatları tarixində ən erkən qol rekordu Rusiya millisinin sabiq üzvü Dmitri Kiriçenkoya məxsus idi. O, Avro-2004-də Yunanıstanla matçın 68-ci saniyəsində rəqib qapısına yol tapmışdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR