İki dəfə öldürüldü: Yoxa çıxan qadın beş il sonra sevgilisinin şkafında görünüb

İki dəfə öldürüldü: Yoxa çıxan qadın beş il sonra sevgilisinin şkafında görünüb

1990-cı illərin ən müəmmalı itkin düşmüş şəxs işlərindən birinin mərkəzində olan Nataşa Rayanın öldüyü elan edilib. 

 

Sfera.az bildirir ki, 40 yaşlı Nataşa Rayan həyatında ikinci dəfə itkin düşüb.


İlk dəfə evdən qaçanda o, cəmi 14 yaşında olub. Həmin vaxt onu tapmaq üçün saysız-hesabsız maaliyyə hesabına başa gələn böyük bir istintaq və polis araşdırması başlayıb.

 

Bəziləri iddia edirdi ki, səlahiyyətlilər itkin düşən qızın axtarışına 400 min dollar xərcləyib. Onların səyləri nəticəsiz qalıb və hər kəs Nataşanın öldürüldüyündən şübhələnməyə başlayıb. 

 

Bu iddia əsassız deyildi, çünki ərazidə bir neçə qadın serialı qatil Leonard Con Frazier tərəfindən eyni vaxtda öldürülüb.

 

Ailəsi faciəli xəbəri eşidən kimi onun adına anım mərasimi keçirib. Amma o hələ də sağ idi.

 

2003-cü ildə polis Nataşanın Rokhemptonun şimalında sevgilisinin şkafında gizləndiyi barədə məlumat alıb. O, tapıldıqda "Şkafdakı qız" kimi tanınıb.


Məlum olub ki, 14 yaşında Nataşa o zaman 22 yaşında olan Skott Blek adlı şəxslə qaçıb, 5 ildən sonra da məhz onun şkafında tapılıb.

 

Tapıldıqda çox solğun halda olub. Oğlanla çimərliyə gecə gəzintiləri istisna olmaqla, nadir hallarda evdən bayıra çıxıb.

 

Bir çoxları Nataşanın niyə Bleklə birlikdə olmaq üçün ailə evini tərk etmək qərarına gəldiyini maraqlandırsa da, o, bunun səbəbini heç vaxt ictimaiyyətə açıqlamayıb.

 

Açıqlama nəticəsində Skott Blek məhkəməyə Nataşanın yeri barədə yalan danışdmaqda, daha sonra yalan şahidlik etdiyi üçün 12 ay həbs cəzasına məhkum edilib.

 

O, saxta polis araşdırması aparmaqda təqsirli bilindikdən sonra da 1000 dollar cərimə olunub.

 

İndi isə onun meyidi qolf meydançasında aşkarlanıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR