Hindistanda avtobus dərəyə aşdı: Ölənlər və yaralanlar var

Kateqoriya məlum deyil
T
Hindistanın şimalındakı Uttaraxand ştatında sərnişin avtobusu dərəyə aşıb.
Sfera.az-ın məlumatına görə, hadisə nəticəsində azı 12 nəfər ölüb.
"Uttarxandın Rudraprayaq əyalətində içərisində 26-dan çox sərnişinin olduğu sərnişin avtobusunun Rişikeş-Badrinath magistral yolunda dərin dərəyə düşməsi nəticəsində azı 12 nəfər ölüb, 14 nəfər yaralanıb", - deyə Fövqəladə Hallara Qarşı Mübarizə Qüvvələrinin komendantı Manikanta Mişra bildirib.
O, yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğundan ölənlərin sayının arta biləcəyini deyib.






