İnterpolun 19 ildir axtardığı tablo tapıldı

Ukrayna sərhədçiləri Hollandiyada bir muzeydən oğurlanmış rəsm əsərini aşkar ediblər. Bu barədə məlumatı Ukrayna Dövlət Sərhəd Xidməti yayıb.
Sfera.az bildirir ki, “Eliezer və Rebecca Quyuda” tablosu 19 il əvvəl Hollandiyada yoxa çıxıb. Bütün bu müddət ərzində İnterpol onu axtarıb.
“Eliezer və Rebekka quyuda” tablosu holland rəssamı Yan Linsenin hələ 1629-cu ildə yaratdığı məşhur rəsm əsərlərindən biridir. Rəsm Eliezerin (İbrahimin xidmətçisi) İshaqın həyat yoldaşı olacaq quyuda Rebeka ilə görüşdüyü bibliya səhnəsini təsvir edir. Bu rəsm öz təfərrüatları və rəssamın personajların duyğularını çatdırmaq bacarığı ilə tanınır. O, Hollandiya “Westfries” Muzeyində saxlanılsa da, 9 yanvar 2005-ci ildə oğurlanıb. 19 ildir ki, əsər İnterpol tərəfindən axtarışa verilib.
Məlum olub ki, tablo alıcı tapmaq üçün Polşaya gedən ukraynalıya məxsusdur. Həmin şəxs sərhəd-keçid məntəqəsində saxlanılıb və orada onun oğurluqda əli olduğuna dair zəruri sübutlar tapılıb.
İndi Ukrayna vətəndaşı saxlanılıb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bundan əlavə, şübhəli rəsm əsərini oğurlamaqda ittiham olunub. Hazırda iş üzrə Polşa Respublikasının Krakov rayon prokurorluğu tərəfindən araşdırma aparılır. İstintaq davam edir.
Aysel
Sfera.az