Yaponiyada müflis olan şirkətlərin sayı sürətlə ARTIR

Yaponiyada müflis olan şirkətlərin sayı sürətlə ARTIR

Yaponiyada müflis olan şirkətlərin sayı 43 faiz artıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda məlumatı kredit araşdırma şirkəti olan “Tokyo Shoko Research” aylıq hesabatında açıqlayıb.

 

Hesabata əsasən Yaponiyada mayda iflas olan korporativ şirkətlərin sayı əvvəlki ilin may ayına nisbətən 42,9 faiz artaraq 1009-a çatıb. Şirkətin açıqlamasına görə son 11 ildə ilk dəfə olaraq ay ərzində müflisləşən korporativ şirkətlərin sayı 1000-i keçib.

 

Ən çox iflas xidmət sektorunda baş verib. Burada 327 şirkət müflis olub. İkinci yerdə 193 şirkətlə tikinti sektoru qərarlaşıb.

 

Məlumata görə, iflas etmiş şirkətlərin təxminən dörddə üçünün 100 milyon yen (637 min dollar) borcu var.

 

İflasın səbəbləri ilə bağlı araşdırma göstərir ki, yapon yeninin ucuzlaşması, inflyasiya və COVİD-19 ilə bağlı dəstəyin sona çatması səbəbindən işçi qüvvəsinin azalması bizneslərə təzyiq göstərib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

ABB Sahibkarlar Gününü müştəriləriilə qeyd etdi

ABB 25 Aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün tədbir keçirib. Tədbirdə Bankın 50-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştir...

Avropada enerji böhranı - Bu iki ölkə işıqsız qaldı - FOTOLAR

İspaniya və Portuqaliyanın böyük hissəsində baş verən elektrik kəsintisi nəticəsində telekommunikasiya şəbəkələri çöküb, metro və nəqliyyatda ciddi nasazlıqlar ...

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ...

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...